Rusiya KTMT məkanını silkələyir| “Oreşnik”in sınağı daha çox kimləri narahat edir?

2024/11/1732616356.jpg
Oxunub: 1073     19:42     26 Noyabr 2024    
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı “Oreşnik” raketindən istifadə etdikdən sonra xarici işlər naziri Sergey Lavrovu Minskə göndərib. Bu, yəqin ki, Belarus prezidentinin Ukrayna nizamlanmasına dair razılaşmanın Minskdə baş tutmalı olduğu ilə bağlı bəyanatıdır.

Aleksandr Lukaşenko özünü kifayət qədər şəffaf şəkildə ifadə edib. “Bu, (Rusiya-Ukrayna cəbhə xətti) bizim hasarımızdır, təhlükəsizlik məsələmizdir. Üç slavyan xalqı təkbaşına razılığa gələ bilər, bizə heç bir vasitəçi lazım deyil”, - deyə Belarus prezidenti bildirib. Minskdə Rusiya və Belarus xarici işlər nazirlikləri kollegiyasının birgə iclası çağırılıb, bundan sonra Lavrov bildirib ki, iki ölkə Qərbə birgə diplomatik cavab hazırlamalıdır.

Aydındır ki, Moskva Belarus prezidentinin Ukrayna nizamlanmasında aktor olmaq ambisiyalarına qarşıdır. Aydın müşahidə olunur ki, Putinin Lukaşenkonun danışıqlara qoşulacağı təqdirdə Ukrayna “tənzimləməsi”nə yanaşmalarını müdafiə edəcəyinə heç bir zəmanət yoxdur. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukrayna ətrafında vəziyyətin təhlükəli gərginləşməsinə daha obyektiv münasibət bildirib.

O, ölkənin Baş nazirinə, güc strukturlarına, icra hakimiyyətinin vilayət və şəhər strukturlarına hərbi obyektlərə və mühüm infrastruktur obyektlərinə nəzarətin yaradılmasını tapşırıb. Vəziyyət o qədər narahatvericidir ki, Tokayev atılacaq addımlar barədə parlamenti məlumatlandırıb. Bu, əslində, Qazaxıstanda fövqəladə vəziyyətin elan edilməsi deməkdir.

KTMT-yə, Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlər olan Belarus və Qazaxıstan prezidentlərinin xüsusi reaksiyası nə ilə bağlıdır? Eyni hərbi-iqtisadi strukturda olan Minsk və Astana formal olaraq Rusiyanın müttəfiqləridir, amma praktikada belə çıxır ki, Belarus və Qazaxıstan postsovet məkanında ictimai narahatlıq göstərən ölkələrdir. Minskdə Lavrov bəyan edib ki, Qərb Ukraynanın bir hissəsinin qalacağını anlayır.

“Oreşnik” raketi Həştərxandan Ukraynaya qarşı buraxılıb. Raket hücumunun ərazisinin seçilməsi hər hansı bir simvolikliyə malikdir? Belə görünür ki, bəli. Həştərxan vilayəti Şimali Qafqaz və Qazaxıstanla həmsərhəddir, faktiki olaraq Avropanı Asiyadan ayırır.

Ən yeni raketin sınağından bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi, Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Nikolay Patruşev Həştərxanda dəniz qüvvələrinin modernləşdirilməsi ilə bağlı məsləhətləşmələr keçirib və bildirib ki, yalnız Rusiyanın mövcudluğu Qərb ölkələrinin Xəzər hövzəsində hərbi mövcudluğunun qarşısını alır.

Bu “töhmət”in ünvan sahibi və ya ünvan sahiblərindən biri çox güman ki, son bir ildə Fransa, Cənubi Koreya və Yaponiya ilə ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, yeni layihələrin iştirakçısı olmaq istiqamətində ciddi diplomatik addımlar atan Qazaxıstandır. Bu müddət ərzində Rusiya mətbuatının və siyasi dairələrinin Astanaya münasibəti kəskin şəkildə dəyişib. Bəzi dairələr gizlətmir ki, Ukraynadan sonra Rusiya Qazaxıstanın şimal vilayətləri problemini gündəmə gətirə bilər.

Digər ölkələrinin Putinin “Oreşnik” siqnalını necə qəbul etdikləri ilə bağlı hələ də ictimai təzahürlər yoxdur. Lakin heç bir şübhə yoxdur ki, bütün paytaxtlardakı vəziyyət çoxşaxəli şəkildə analiz edilir. Rusiyanın raket sınağı fikir ayrılıqlarını aradan qaldırmaq üçün stimul olacaq, yoxsa Moskva KTMT məkanını “silkələməyə” nail olacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KTMT   Oreşnik  


Bizi "telegram"da izləyin